RU

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Naxçıvan, 22 may, AZƏRTAC

Vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə ümumi uzunluğu 15,5 kilometr olan Naxçıvan şəhərinin Qaraçuq kənd avtomobil yollarının asfaltlanmasına başlanılıb.

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda yolun 300 metrlik hissəsinə birinci qat asfalt örtüyü verilib və bu istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, təmirə ehtiyacı olan küçə və məhəllələr agentliyin nəzarəti altında mərhələli şəkildə bərpa olunur.

Müxbir- Nail Əsgərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
64
2
azertag.az

3Источники