RU

“Sabah”a lazım olmayan futbolçu “Neftçi”yə keçir? – Azarkeşləri qəzəbləndirən iddia 

“Neftçi” heyətini gücləndirmək çalışmaları davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, “ağ-qaralar” “Sabah”dan ayrılmaq üzrə olan Amin Seydiyevlə maraqlanır. Paytaxt təmsilçisi cinah müdafiəçisini onunla gücləndirmək niyyətindədir.

Növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Sabah” təcrübəli oyunçu ilə davam etmək istəmir. “Bayquşlar” heyəti gücləndirmək niyyətində olduğu üçün Seydiyevlə müqavilə uzatmayacaq.

Azad agent olacaq futbolçu karyerasını “Neftçi”də davam etdirə bilər. Seydiyev son dövrlərdə “Sabah”ın əsas heyətinə düşə bilmirdi.

Onun komandadan ayrılacağı böyük ehtimaldır.

 

Избранный
35
idmanxeber.az

1Источники