RU

Misli Premyer Liqası üçün 2-ci "pley-off”çu məlum oldu

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off oynayacaq 2-ci komanda müəyyənləşib.

QOL.az xəbər verir ki, bu, 1-ci liqanın sonuncu - 27-ci turunda keçirilən "Mingəçevir" - "Səbail" matçından sonra bəlli olub.

Reqlamentə əsasən, 1-ci liqada 2-ci yeri tutan komanda Misli Premyer Liqasında 11-ci sırada yer alan "Qəbələ" ilə pley-off maçında üz-üzə gəlməlidir

"Mingəçevir" - "Səbail" görüşündə isə bölgə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. Beləliklə, "Mingəçevir" mövsümü 2-ci pillədə tamamlayıb və pley-offa vəsiqə qazanıb. 

22 may

17:00."Mingəçevir” – “Səbail” - 4:1

Qollar: E.Bayramov, 14, E.Mustafayev 29, Ə.Eyubov, 53, K.Quliyev​​​​​​​, 90+2-pen - Q.Səfərov, 42
Baş hakim: Elçin Məsiyev
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança),

Qeyd edək ki, Premyer Liqaya vəsiqə uğrunda pley-off oyunu mayın 28-də neytral meydanda keçiriləcək.
 

Избранный
29
2
teleqraf.com

4Источники