RU

"Sabah" "Turan Tovuz"a qalib gəldi

"Sabah" komandası cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.

"Ölkə.az" xəbər verir ki, Masazır təmsilçisi XXXIII turda "Turan Tovuz"la üz-üzə gəlib.

Qarşılaşma "bayquşlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ölkə çempionunun heyətində Aron Maluda (15) və Xəyal Əliyev (64) fərqləniblər.

Qərb təmsilçisində isə Ayxan Hüseynov (86) diqqət mərkəzinə düşüb.

Turnir cədvəlinin lideri "Sabah" xallarının sayını 78-ə çatdırıb. Üçüncü sıradakı "Turan Tovuz" 59 xalda qalıb.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.

Избранный
25
2
olke.az

4Источники