RU

Bu yollarda tıxac var -

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;2. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;3. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;4. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;5. Babək prospekti, "Maşın bazarı"ndan Günəşli qəsəbəsi istiqamətində;6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;7. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;10. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;11. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;12. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;13. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;14. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;15. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;16. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;17. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;18. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;19. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;20. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

21. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq var.

Избранный
138
49
metbuat.az

10Источники