RU

Ermənistanın Rusiyaya göndərdiyi meyvə tərəvəzdə də problem aşkarlandı

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Ermənistandan idxal edilən meyvə və tərəvəzlərdə də problemlər aşkar edib.

“Qafqazinfo” “Vesti”yə istinadən istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Sergey Dankvert bildirib. 

“Biz müfəttişlərimizi göndərmək məcburiyyətində qaldıq. Onlar daha bir həftə işləyəcəklər və biz bu yoxlamanın nəticələrinə əsasən qərar verəcəyik. Problem ondadır ki, təkcə çiçəklərlə deyil, həm də tərəvəz və meyvələrlə bağlı problemlərimiz var”, - o deyib. 

Xatırladaq ki, ötən gün “Rosselxoznadzor” mayın 22-dən başlayaraq, istixanaların yoxlanılması başa çatana və nəticələr təhlil edilənə qədər Ermənistan mənşəli və bu ölkədən göndərilən çiçək məhsullarının idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini açıqlamışdı. Bu barədə danışan Ermənistanın Baş naziri Nikol Paşinyan fitosanitar standartlara uyğun gəlməyən istənilən mallarla bağlı məhdudiyyətlərin hər zaman olduğunu və bundan sonra da olacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
60
3
qafqazinfo.az

4Источники