RU

Bu gün Azərbaycanda sonuncu iş günü olub...

Bu gün Azərbaycanda diplomatik missiyasını başa vuran Böyük Britaniya səfiri Ferqus Auldun Britaniyanın Azərbaycandakı səfirliyində son iş günü olub.

Turkustan.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.

Səfir Azərbaycanda 4 il diplomatik fəaliyyət göstərdiyini və bu illərin həm ölkələr arasındakı münasibətlər, həm də onun şəxsi baxımından unudulmaz olduğunu qeyd edib.

“Mən buradan getsəm də, Azərbaycan uzun müddət qəlbimdə qalacaq”, - diplomat bildirib.

O, sosial şəbəkə səhifəsində Azərbaycanda fəaliyyətini başa vurmasına həsr olunmuş video da dərc edib./Yeniavaz.com/

Избранный
5
2
turkustan.az

3Источники