RU

Azərbaycan Somali ilə enerji sektorunda Birgə İşçi Qrupu yaratmağı müzakirə edib

Azərbaycan və Somali arasında enerji sektorunda Birgə İşçi Qrupu yaradılması müzakirə edilib.

"Far.Az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Türkiyədə "İstanbul Təbii Sərvətlər Zirvəsi" çərçivəsində Somalinin neft və mineral ehtiyatlar naziri Dahir Shire Mohamed ilə görüşdük. İki ölkə arasında neft-qaz sahələrində imzalanmış Anlaşma Memorandumunun icrası, Birgə İşçi Qrupunun təşkil edilməsi ilə bağlı məsələləri nəzərdən keçirdik, potensial əməkdaşlıq imkanlarını dəyərləndirdik", - deyə o qeyd edib.

Избранный
43
far.az

1Источники