RU

İyunun 1 dən BDU da yaz imtahan sessiyası başlayacaq

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 22 may, AZƏRTAC

İyunun 1-dən Bakı Dövlət Universitetində (BDU) yaz imtahan sessiyası başlayacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, bu barədə Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul edilib. İclasda 2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı elm və təhsil nazirinin 2026-cı il 21 aprel tarixli əmrində nəzərdə tutulmuş müddəalar diqqətə çatdırılıb.

Yaz imtahan sessiyasının 5 həftə ərzində keçirilməsi, üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış təhsilalanlara həmin fənlərdən imtahan vermək üçün iyulun 3-dən 10-dək şərait yaradılması barədə qərar qəbul olunub.

Sessiyanın gedişinə operativ nəzarət etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə İmtahan Qərargahı yaradılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
7
azertag.az

8Источники