RU

Aleksey Overçuk: Ermənistan təcili qərar verməlidir

BAKI, 22 may. TELEQRAF

“Ermənistan Avropa İttifaqı (Aİ) və Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçim barədə mümkün qədər tez qərar verməlidir”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə deyib.

“Bu gün Ermənistanda verilən bəyanatları və qanunları nəzərə alaraq, İrəvanın AİB və ya Aİ ilə bağlı seçim etməsini düzgün hesab edərik”, - o bildirib.

Rusiya rəsmisi əlavə edib: “Heç kim Ermənistanı AİB-dən çıxarmır, sadəcə Aİ-yə qoşulmaq istədiklərini bəyan ediblər. Qərar verməliyik. Bu nə qədər tez edilsə, hamı üçün bir o qədər yaxşı olardı”.

Overçuk həmçinin əlavə edib ki, AİB-dən çıxmasının Ermənistan iqtisadiyyatı üçün mənfi nəticələri ola bilər:

“Rusiyanın müttəfiqi kimi Ermənistan enerji resurslarının qiymətləri sahəsində imtiyazlara malikdir. Ermənilər AİB-dən çıxmaq qərarına gələrsə, bu məsələlərə də sivil qaydada baxılmalıdır”.

Избранный
42
teleqraf.com

1Источники