RU

“Qala Sığorta”nın yığımlarında böyük itki: 24.3 milyon manatlıq geriləmə

“Qala Sığorta” ASC-nin 2026-cı ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-aprel ayında 16.732 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 24.339 mln manat və ya 59% azalma deməkdir.

Ötən ilin eyni dövrünə bu göstərici 41.071 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10 017 788 manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.

Избранный
16
banker.az

1Источники