RU

TƏCİLİ: DSK-da yüksək rütbəli şəxslər İŞDƏN ÇIXARILDI - FOTO/ÖZƏL

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində (DSK) mühüm kadr dəyişiklikləri baş verib. Komitə daxilində idarəetmənin təkmilləşdirilməsi və kadr islahatları çərçivəsində iki yüksək rütbəli rəsmi şəxs vəzifəsindən uzaqlaşdırılıb.

Herbiand.az  NoCOMMENT.az -a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin sədri Azər Mursaqulovun müvafiq əmri ilə Dövlət Statistika Komitəsi Aparatının İnsan resursları və hüquq şöbəsinin müdiri Vüsalə Əliyeva tutduğu vəzifədən azad olunub.

Komitə sədrinin digər əmri ilə struktur daxilində növbəti işdənçıxarma hüquq sektorunda qeydə alınıb. Belə ki, Dövlət Statistika Komitəsinin Hüquq sektorunun müdiri Vüsal İsmayılov da fəaliyyətinə xitam verilərək vəzifəsindən uzaqlaşdırılan növbəti rəsmi şəxs olub.

 

Hər iki vəzifəli şəxsin işdən azad edilmə səbəbləri və yerlərinə hələlik hansı kadrların təyin olunacağı barədə rəsmi açıqlama verilməyib. Komitədə struktur və kadr islahatlarının davam edəcəyi gözlənilir.

 

Eyni zamanda əldə etdiyimiz məlumata əsasən, Aparat rəhbərinin müavini Zaur Əliyevə Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsi həvalə olunub.

 

Qeyd edək ki, vəzifədən azad edilən hər iki şəxs dövlət qulluğuna müsabiqə yolu ilə işə qəbul olunmuşdur.



Избранный
15
3
herbiand.az

4Источники