Müğənni Mehin Hümbətova yeni yaradıcılıq layihəsi ilə dinləyicilərinin qarşısına çıxmağa hazırlaşır.
Musavat.com xəbər verir ki, sənətçi Azərbaycan musiqisinin tanınmış simalarından olan Əməkdar artist, pedaqoq Teymur Əmrah ilə iş birliyinə başlayıb.
İkili “Unudaram” adlı musiqi layihəsi üzərində çalışmaq üçün studiyada bir araya gəlib.
Layihə Teymur Əmrahın rəhbərliyi ilə hazırlanıb və artıq gənc ifaçının rəsmi sosial media hesablarında təqdim olunub.
“Unudaram” mahnısının musiqisi bəstəkar İsrail Kərimova, sözləri isə görkəmli şair Nüsrət Kəsəmənliyə məxsusdur.
Könül
Musavat.com