RU

Tramp oğlunun toyuna GETMƏYƏCƏK - ŞOK SƏBƏB

ABŞ Prezidentinin böyük oğlunun toyu bu həftə sonu Baham adalarındakı kiçik bir adada baş tutacaq.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Məlumata görə, 47 yaşlı kiçik Donald Tramp model Bettina Anderson ilə ailə həyatı qurur.

Mənbələrin bildirdiyinə görə, toy mərasimi qapalı formatda keçiriləcək və tədbirə 50 nəfərdən çox olmamaqla yalnız yaxın dostlar və qohumlar dəvət edilib.

ABŞ prezidenti Donald Trampın isə toyda iştirak etməyəcəyi gözlənilir.

Ağ Ev rəhbəri daha əvvəl mərasimə qatılmağa çalışacağını bildirsə də, hazırda İran ətrafındakı vəziyyət də daxil olmaqla, beynəlxalq gündəmdəki gərginlik fonunda bunun "ən doğru zaman olmadığını" qeyd edib.

Kiçik Donald Tramp ilə Bettina Andersonun nişanlanması 2025-ci ilin dekabrında elan edilib. Prezidentin 47 yaşlı oğlu ilə 38 yaşlı modelin 2024-cü ildən bəri münasibətdə olduğu bildirilir. Kiçik Tramp bundan əvvəl "Fox News" telekanalının keçmiş aparıcısı, hazırda isə ABŞ-nin Yunanıstandakı səfiri olan Kimberli Gilfoyl ilə sevgili olub. İlk evliliyini isə Vanessa Heydon ilə edən kiçik Tramp, onunla 12 il evli qaldıqdan sonra 2018-ci ildə boşanıb. Cütlüyün bu nikahdan 5 övladı var.

Musavat.com

Избранный
3
1
musavat.com

2Источники