RU

Ronaldodan yeddi ay sonra Messi də milyarder oldu

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Argentinalı futbolçu Lionel Messinin sərvəti 1 milyard dolları keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi öz hesablamalarına istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, “İnter Mayami”nin hücumçusu portuqaliyalı Kriştianu Ronaldodan yeddi ay sonra milyarderlər klubuna qoşulub.

Argentinalı 2007-ci ildən bəri bonuslar da daxil olmaqla 700 milyon dollar qazanıb. Son illərdəki iqtisadi artım, investisiya gəliri və sponsorluq müqavilələri nəzərə alınmaqla, futbolçunun ümumi sərvəti 1 milyard dolları keçib. Bu səbəbdən agentlik Messini “Bloomberg Milyarderlər İndeksi”nə daxil edib.

Ronaldo isə 2025-ci ilin oktyabrında indeksə qoşulub və “Bloomberg” tərəfindən milyarder seçilən ilk futbolçu olub.

Qeyd edək ki, 2023-cü ildə Messi “İnter Mayami” ilə müqavilə imzalayıb. Bu müqaviləyə onun gəlirinin bir hissəsinin klub səhmləri şəklində ödənilməsi daxildir. Bu baxımdan ümumi ödəniş ildə 70-80 milyon dollara çatır.

Agentliyin məlumatına görə, argentinalı futbolçu Ronaldonun ardınca Səudiyyə Ərəbistanı liqasına keçsəydi, ondan daha əvvəl milyarder ola bilərdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
1
yeniavaz.com

2Источники