RU

“TamStore”da DƏHŞƏTLİ MƏNZƏRƏ: Çörəyi görün necə satırlar VİDEO

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Nizami rayonu, Əliağa Kürçaylı küçəsində yerləşən “TamStore” supermarketində istehlakçıların sağlamlığını ciddi şübhə altına alan vəziyyət fiksə edilib. Marketdə hökm sürən antisanitariya və qida təhlükəsizliyi qaydalarının kobud şəkildə pozulması alıcılar arasında haqlı narahatlıq və narazılıq doğurub.Demokrat.az Nocomment.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə qeyd edilir ki, “Nur” çörək zavodu tərəfindən istehsal olunan çörəklər uzun müddətdir ki, açıq, dağınıq və gigiyenadan uzaq şəkildə yük arabalarında saxlanılır. Günün müxtəlif saatlarında eyni mənzərənin təkrarlanması isə məsələnin təsadüfi deyil, sistemli problem olduğunu göstərir. İstehlakçılar haqlı olaraq sual edir: Çörək kimi strateji və gündəlik qida məhsulu niyə piştaxtayaaxşama qədər sanitariya qaydalarına uyğun yerləşdirilmir?Məsələ yalnız açıq şəkildə saxlanılan çörəklərlə bitmir. Alıcıların bildirdiyinə görə, marketin çörək və un məhsulları şöbəsində qida üçün nəzərdə tutulmayan, texniki məqsədli təsərrüfat paketlərindən istifadə olunur. Bu materialların qida ilə təması insan sağlamlığı üçün ciddi risk hesab edilir və kimyəvi zəhərlənmələrə yol aça bilər. İnsanların hər gün aldığı əsas qida məhsulu açıq, qorunmayan və şübhəli paketlərlə təqdim olunursa, vətəndaş qida təhlükəsizliyinə necə güvənsin?Azərbaycan Respublikasının “Qida təhlükəsizliyi haqqında” Qanununun 5-ci maddəsinə əsasən, dövriyyəyə buraxılan qida məhsulları insan həyatı və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Qanunun 10-cu maddəsində isə qida subyektlərinin məhsulların saxlanılması, daşınması və təqdim olunması zamanı gigiyena qaydalarına riayət etməsinin vacibliyi qeyd edilir. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsi qida təhlükəsizliyi normalarının pozulmasına görə birbaşa məsuliyyət nəzərdə tutur.Bu vəziyyət təkcə bir marketin daxili problemi deyil, birbaşa istehlakçı hüquqları və ictimai sağlamlıq məsələsidir. Əgər bir marketdə insanların gözünün qarşısında ən sadə gigiyena qaydaları belə pozulursa, görünməyən hissədə — soyuducularda, anbarlarda, digər qida məhsullarının saxlanılmasında vəziyyətin necə olması böyük sual doğurur.Artıq bir aydır davam edən bu mənzərə qarşısında market rəhbərliyinin və əməkdaşlarının heç bir tədbir görməməsi rəsmi qurumların müdaxiləsini qaçılmaz edir. İstehlakçılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyini və digər aidiyyəti dövlət orqanlarını sözügedən “TamStore” supermarketində təcili yoxlama aparmağa, qanun pozuntularını araşdıraraq sahibkar barəsində ciddi tədbirlər görməyə çağırır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
22
1
demokrat.az

2Источники