Mən də uşaqpulunun verilməsinin tərəfdarıyam. Dünyanın hansı yerində olur-olsun uşaqpulu verilməlidir.BUTA.TV Pravda.az-a istinadən xəbər verir ki, bunu deputat Aqil Abbas deyib. O deyib ki, Azərbaycan hökuməti uşaqpulunu dayandırıb, əvəzində isə aztəminatlı ailələrə yardım verir: “Belə sistem yaradıblar. Kim çox maaş alırsa, ona yox, aztəminatlı ailələrə verilsin. Sistemi yaradanlar bu fikrin üzərində dururlar. Amma mən uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam”.