RU

Anaklaudia Rossbax: Bakıda rekord sayda iştirak təmin edib, güclü bir mesaj verdiniz

ain.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

"Bakıda 136 ölkədən 57 min iştirakçını, o cümlədən onlayn qoşulan 3000-dən çox insanı bir araya gətirərək rekord sayda iştirak təmin etdiniz və güclü, vahid bir mesaj verdiniz".

BAKU.WS xəbər verir ki, bu sözləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.

Rossbax, həmçinin beynəlxalq əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu həftə BMT strukturları, hökumətlər, yerli idarəetmə orqanları, 130-dan çox mer, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələrinin bir araya gəlməsi mühüm nəticə ortaya qoyub: "Əsas həqiqət ondan ibarətdir ki, mənzil yalnız iqtisadi artım məsələsi deyil, mənzil insan hüququdur".

Посмотреть эту публикацию в Instagram

Публикация от @baku.ws_official

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
1
baku.ws

2Источники