ain.az, 525.az portalına istinadən məlumat verir.
Cənubi Afrika Respublikasında ağır yol qəzası baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Mpumalanga əyalətindəki Standerton və Morgenzonu birləşdirən R39 magistral yolunda avtobus və sərnişin mikroavtobusu toqquşub. Qəza nəticəsində mikroavtobus sürücüsü də daxil olmaqla 10 nəfər ölüb.
Mpumalanga İcma Təhlükəsizlik Departamentinin açıqlamasında bildirilib ki, səkkiz nəfər hadisə yerində, bir nəfər xəstəxanaya aparılarkən, bir nəfər də xəstəxanada həyatını itirib.
Qəzanın sıx duman səbəbindən baş verdiyi ehtimal edilir. Hazırda araşdırma davam edir.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.