RU

İcra hakimiyyəti hər yeri düzəltdi, bu çuxuru gözmuncuğu kimi saxladı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xırdalan şəhərinin mərkəzi yollarında çuxurların yaranması ilə bağlı sürücülərin narazılığı Avtosfer.az saytında işıqlandırıldıqdan sonra məsələyə reaksiya verilib. Yayılan görüntülərlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə cari təmir işlərinin aparılacağı barədə məlumat verilib. Nəticədə, ötən gün mövcud çuxurlar asfalt örtüyü ilə doldurularaq problem qismən aradan qaldırılıb.

Lakin Xırdalan dairəsi yaxınlığında yerləşən bir çuxur diqqətdən kənarda qalıb. Qeyd olunan, dayanacağın düz qarşısında yerləşən böyük çuxur həm sürücülərə, həm də ictimai nəqliyyatın hərəkətinə ciddi çətinlik yaradır. Avtobus sürücüləri həmin çuxurdan yayınmaq üçün bəzən ikinci zolağa çıxmağa məcbur qalır ki, bu da yolda sıxlığın yaranmasına səbəb olur.

Ümid edirik ki, aidiyyəti qurumlar yaxın zamanda bu problemi də nəzərə alaraq müvafiq təmir işlərini həyata keçirəcəklər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
avtosfer.az

1Источники