RU

Plyuşenko müəmması: Azərbaycan hələ rəsmi təsdiq almayıb

Azərbaycan Qış İdman Növləri Federasiyasının mətbuat katibi Orxan Bədəlov Aleksandr Plyuşenkonun idman vətəndaşlığını dəyişməsi xəbərinə münasibət bildirib.

Daha əvvəl ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğlu, 13 yaşlı rusiyalı fiqurlu konkisürənin artıq Azərbaycan adından yarışa biləcəyi açıqlanmışdı.

Publika.az xəbər verir ki, Bədəlov “Sport24”-ün müxbiri Pyotr Şatrova açıqlamasında deyib:

"Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenkoya idman vətəndaşlığı verib. Lakin Rusiya Fiqurlu Konkisürmə Federasiyasından onun beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək hüququnu təsdiqləyən rəsmi icazə məktubu hələlik alınmayıb. Bu məlumatı yalnız Rusiya Fiqurlu Konkisürmə Federasiyasından müvafiq təsdiq aldıqdan sonra rəsmi olaraq təsdiqləyə biləcəyik".

Избранный
4
publika.az

1Источники