RU

BMT rsımisi: Bakı WUF13-də yenilənmə və dayanıqlılığın nümunəsi kimi çıxış etdi

Bakı, 22 may, AZƏRTAC

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Azərbaycan Hökumətinə, xalqına ən dərin minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Muhammed deyib.

O qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində genişmiqyaslı yenidənqurma və inkişaf işləri həyata keçirilir, icmaların yenidən inteqrasiyası, infrastrukturun və sülh mühitinin bərpası istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, bu proses nəticəsində ərazilər tədricən mədəni canlılığın, sosial həmrəyliyin və iqtisadi inkişafın mərkəzinə çevrilir.

“Dünyanın ən qədim və fasiləsiz məskunlaşılmış şəhərlərindən biri olan Bakıda biz, eyni zamanda, yenilənmə və dayanıqlılığın nümunəsini görürük”, - deyə BMT rəsmisi vurğulayıb.

Избранный
14
3
azertag.az

4Источники