RU

Braziliyalı nümayəndə: İctimai məkanlar və yaşıl ərazilər böyük şəhərlərin gələcəyi üçün vacibdir

Bakı, 22 may, AZƏRTAC

İctimai məkanlar və yaşıl ərazilər böyük şəhərlərin gələcəyi üçün çox vacibdir. Çünki insanların bir-biri ilə əlaqə qurmasına ehtiyac var.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Braziliyada mənzil məsələləri ilə məşğul olan koalisiyanın proqram koordinatoru Abdifatah Hared söyləyib.

İnsanların bir araya gəlməsinin vacib olduğunu bildirən braziliyalı nümayəndə deyib: “Təbiətin bir parçası olmaq yalnız uşaqların deyil, böyüklərin də inkişafı üçün mühümdür. Buna görə də insanların təbiətlə təmasda qalmasını və icma olaraq birlikdə ola bilməsini təmin etmək çox önəmlidir”.

Videoperator - İlham Nadirov

Избранный
6
3
azertag.az

4Источники