RU

''Əl-Nəssr'' Ronaldo ilə axır ki çempion oldu!

Səudiyyə Ərəbistanı çempionatında mövsümə yekun vuruldu. Lider ''Əl-Nəssr'' son turda öz meydanında ''Damak'' ilə qarşılaşdı.

"Football-plus.az" xəbər verir ki, çempionluğu hələ ötən həftə rəsmiləşdirməyə yaxın olan Ər-Riyad təmsilçisi əsas rəqibi ''Əl-Hilal'' ilə ev oyununda qələbəni son saniyələrdə əldən vermişdi. Üstəlik ''Əl-Nəssr'' ''Asiya Çempionlar Liqasının 2''nin finalında ''Qamba Osaka''ya da uduzmuşdu. Böyük təzyiq altında olan Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı karyerasında ilk ciddi titulunu qazanmaq üçün gözünü məhz bu oyuna dikmişdi. Bu dəfə sürpriz baş vermədi və ''Əl-Nəssr'' elitada qalmaq uğrunda mübarizə aparan rəqib üzərində 4:1 hesablı inamlı qələbə qazandı. Kriştiano biri cərimə zərbəsindən olmaqla iki qol vurdu. O, cərimə zərbəsindən son qolunu 2024-ün avqustunda vurmuşdu. Portuqaliyalı superulduz peşəkar karyerasının 972 və 973-cü qollarını vurdu.

Beləliklə, Ronaldo Səudiyyə Ərəbistanında ilk ciddi titulunu və ilk çempionluğunu qazandı. ''Əl-Nəssr'' isə 2019-dan bu yana ilk, tarixində 11-ci dəfə çempion oldu. Çiynindən sanki ağır yük götürülən 41 yaşlı Ronaldo final fitinin ardından göz yaşlarını saxlaya bilmədi. Bu, onun ümumilikdə 8-ci ölkə çempionluğu oldu. Ronaldo daha öncə 3 dəfə premyer-liqanın, 2 dəfə La Liqanın və iki dəfə A seriyasının qalibi olub. Ronaldo mövsümü 28 qolla tamamlasa da, bombardirlər yarışında yalnız 3-cü pilləni tutdu. Onu ''Əl-Qədisiyə''nin forvardı Xulian Kinyonyes (33) və ''Əl-Əhli''nin üzvü Ayven Touni (33) qabaqladı.

Qeyd edək ki, ''Damak'' bu məğlubiyyətdən sonra düşmə zonasına geriləyərək elita ilə vidalaşmalı oldu.

Избранный
11
1
football-plus.az

2Источники