RU

Böyük Britaniya kralının qardaşı ilə bağlı istintaqın detalları açıqlandı

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Bu ilin əvvəlində cinsi qısnama ehtimalları da daxil olmaqla bir sıra şübhələrlə həbs edilən Kral III Çarlzın qardaşı Endryu Mauntbetten-Vindzorla bağlı istintaq prosesi uzun və mürəkkəb olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Böyük Britaniya polisinin yüksək rütbəli rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, ABŞ-li maliyyəçi Ceffri Epşteynə aid milyonlarla sənədi dərc etdikdən sonra həbs edilən Kral Çarlzın kiçik qardaşı xəfiyyələr tərəfindən saatlarla dindirilib.

66 yaşlı Mauntbetten-Vindzor isə Epşteynlə bağlı hər hansı qanunsuz hərəkəti daim inkar edib və bu dostluqdan peşman olduğunu bildirib. O, həbs olunduğu vaxtdan bəri heç bir ictimai bəyanatla çıxış etməyib. İstintaqı aparan Temza vadisi polisinin rəis müavini Oliver Rayt jurnalistlərə açıqlamasında qeyd edib ki, araşdırma genişmiqyaslı aparılır və vaxt tələb edəcək.

"Bu, qətiyyən qısa müddətli bir istintaq olmayacaq. İstintaq zamanı iddia edilən pozuntuların bir sıra aspektləri nəzərdən keçirilir. Buna görə də biz müxtəlif şahidləri dindiririk. Epşteynin əməllərindən zərər çəkənlərə və qurbanlara gəldikdə, ümid edirik ki, müvafiq məlumata malik olan hər kəs bizə müraciət edəcək. Xüsusilə vurğulamaq istəyirəm ki, hər hansı bir qurban və ya zərərçəkmiş əməkdaşlığa hazır olduqda qapılarımız həmişə açıqdır. Biz sizi istənilən an qəbul etməyə hazırıq", - deyə o bildirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
17
2
cebheinfo.az

3Источники