RU

WSJ: Kuba ABŞ-nin mümkün hərbi əməliyyatı qarşısında zəif müdafiə imkanlarına malikdir...

Ekspertlər bildirirlər ki, bir vaxtlar Latın Amerikasının ən güclü ordularından biri sayılan Kuba Silahlı Qüvvələri artıq əvvəlki potensialını itirib...

Poliqon xəbər verir ki, Wall Street Journal nəşrinin yaydığı məlumata əsasən, Kuba Silahlı Qüvvələri hazırda ABŞ ilə mümkün hərbi qarşıdurma vəziyyətində ciddi müqavimət göstərə biləcək imkanlardan məhrumdur.

Məlumata görə, Sovet İttifaqının mövcud olduğu dövrdə Kuba regionun ən böyük hərbi qüvvələrindən birinə sahib idi. Həmin illərdə ölkənin ordusunda 200 mindən çox hərbçi xidmət edirdi. Lakin SSRİ-nin dağılması və iqtisadi dəstəyin kəsilməsi ilə Kuba ordusunun imkanları kəskin şəkildə zəifləyib.

Hazırda Kuba Silahlı Qüvvələrinin aktiv şəxsi heyətinin sayının təxminən 40-45 min nəfər olduğu bildirilir. Bu qüvvələr ölkənin şərq, qərb və mərkəzi hissələrinin müdafiəsi üçün üç əsas struktur üzrə bölünüb.

Nəşr qeyd edir ki, Kuba Hərbi Hava Qüvvələri vaxtilə Latın Amerikasının ən güclü aviasiya sistemlərindən biri hesab olunurdu və sovet istehsalı olan MiQ qırıcıları ilə təchiz edilmişdi. Eyni zamanda, Kuba Hərbi Dəniz Qüvvələrinin arsenalında SSRİ istehsalı olan üç freqat mövcud idi.

Lakin hazırda vəziyyət tamamilə dəyişib. ABŞ-nin keçmiş prezidenti Barack Obama administrasiyasında Latın Amerikası üzrə müdafiə məsələləri üzrə yüksək nümayəndə olmuş Frenk Mora bildirib ki, Kubanın əlində qalan azsaylı döyüş təyyarələrinin böyük ehtimalla uçuş vəziyyətində olmadığı düşünülür. Onun sözlərinə görə, ölkənin hərbi donanması da artıq əsasən kiçik sahil mühafizə gəmilərindən ibarətdir.

“Bir vaxtlar Kuba üçüncü dünya ölkəsində birinci dünya səviyyəli orduya sahib idi”, deyə Mora vurğulayıb. O əlavə edib ki, hazırkı vəziyyətdə Kuba ordusunun ABŞ Silahlı Qüvvələrinə qarşı real müqavimət göstərmək şansı yoxdur.

“Əvvəlki gücdən sadəcə acınacaqlı kölgə qalıb”, deyə keçmiş rəsmi bildirib.

Bununla yanaşı, Donald Tramp administrasiyası Kubanı təhlükəsizlik baxımından ciddi risk hesab etməyə davam edir. Məqalədə qeyd olunur ki, bu ilin yanvar ayında ABŞ Prezidenti Donald Trump Kuba ilə bağlı fərman imzalayaraq ölkəni ABŞ milli təhlükəsizliyi üçün “fövqəladə təhdid” elan edib.

Poliqon.info

Избранный
13
poliqon.info

1Источники