RU

Futbolçu Azərbaycanda oynamaq istəmədi, Premyer Liqa klubu transferdən vaz keçdi 

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan “Şəfa” komandası transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, paytaxt təmsilçisi millimizin üzvü ilə güclənmək niyyətindədir. Söhbət “Şamaxı”nın futbolçusu Rüfət Abbasovdan gedir. Tərəflər arasında ilkin danışıqlar baş tutsa da, razılıq əldə olunmayıb.

Buna səbəb millimizin üzvünün karyerasını ölkəxaricində davam etdirmək istəməsidir. O, Azərbaycanda oynamağı düşünmür. 

Oyunçunun bu istəyindən ardından “Şəfa” rəhbərliyi futbolçunun transferindən vaz keçib.

Xatırladaq ki, 21 yaşlı müdafiəçi cari mövsüm bölgə təmsilçisinin heyətində 36 oyunda bir qol vurub, 7 assist edib.

Onun “Şamaxı” ilə müqaviləsi yayda başa çatır.

Избранный
26
idmanxeber.az

1Источники