ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Azərbaycan Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun siyasətlərin təşviqinə töhfə verməkdən qürur duyur”.
Bu fikirləri Anar Quliyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) çıxışı zamanı səsləndirib.
O bildirib ki, forum son illər ərzində aparılan beynəlxalq müzakirələrin davamı və qlobal platforması kimi mühüm əhəmiyyət daşıyır:
“Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək böyük məsuliyyət və beynəlxalq ictimaiyyətin, eləcə də Birləşmiş Millətlər Təşkilatının Azərbaycana göstərdiyi etimadın güclü ifadəsidir”.
Anar Quliyev qeyd edib ki, WUF13-ün uğurla keçirilməsində beynəlxalq tərəfdaşlıq və əməkdaşlıq mühüm rol oynayıb:
“Bu tərəfdaşlıq və əməkdaşlığı yüksək qiymətləndiririk. Məhz bunun sayəsində WUF13 uğurlu platformaya çevrildi”.
Komitə sədri forumun qlobal miqyasını xüsusi vurğulayaraq bildirib ki, tədbirdə minlərlə iştirakçı yer alıb, yüz minlərlə müzakirə və görüş keçirilib:
“Forum çərçivəsində 400-dən çox əsas tədbir təşkil olunub. Bu isə platformanın həqiqətən qlobal xarakter daşıdığını nümayiş etdirir”.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.