RU

Kolumbiyalı nümayəndə: Azərbaycanın “Ağıllı şəhər” konsepti əsasında həyata keçirdiyi bütün təşəbbüslər təqdirəlayiqdir

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanın “Ağıllı şəhər” konsepti əsasında həyata keçirdiyi bütün təşəbbüslər təqdirəlayiqdir.

Bunu AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Kolumbiyanın Şəhərsalma və Alternativ Enerji üzrə agentliyinin baş meneceri Mariya Aleksanra Paçeko deyib.

O diqqətə çatdırıb ki, Bakıda həyata keçirilən müasir şəhərsalma modeli gələcəyin şəhərlərinin necə formalaşması üçün gözəl nümunə ola bilər. “Paytaxtınızda təkcə şəhərdə yaşayan insanlar üçün deyil, həmçinin turistlərin istirahəti üçün bütün şərait var, yəni parklar, ictimai məkanlar və ekoloji baxımdan balanslaşdırılmış şəhər strukturu Bakını dayanıqlı və yaşamaq üçün daha əlverişli məkana çevirir”,- deyə o əlavə edib.

Müxbir - Fidan Əlizadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
1
azertag.az

2Источники