RU

İşlərin düzgün təşkili uğur gətirir...

Ses qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük inkişaf yoluna qədəm qoyan Astara Pedaqoji Kolleci respublikamızın müxtəlif sahələri üçün yetişdirdiyi savadlı, vətənpərvər kadrları ilə yaxşı tanınır. Bu da təhsil ocağında, ən əsası, görülən işlərin düzgün təşkilinə, nizam-intizamın yerində olmasına, kollektivə göstərilən qayğıya, keçirilən tədbirlərin məqsədə uyğun olmasına əsaslanır. Məhz kollecdə 2025/2026-cı tədris ilində Pedaqoji Şuranın növbəti iclası da təhsillə bağlı günün tələblərinə hesablanırdı.

Kollecin direktoru, Pedaqoji Şuranın sədri, professor Kamran Kazımov şura üzvlərini salamlayaraq qarşıdan gələn Müqəddəs Qurban bayramı, ”28 May- Müstəqillik Günü” münasibətilə təbrik etdi və gündəlikdə duran məsələlərlə onları tanış etdi.

2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıq işləri və II kollokviumun nəticələri barədə Tədris hissə müdiri Sevər Əliyeva, Tarix-coğrafiya və pedaqoji fənlər barədə FBK-nın sədri Ülfət Həşimli ətraflı danışdı. Açıq dərslərin qarşılıqlı dərs dinləmələrin yerinə yetirilməsinin vəziyyəti haqqında isə metodist Elçin Mahmudov şura üzvlərinə məlumat verdi. Bunlardan əlavə İmtahan sessiyasında nəzarətin gücləndiriməsi, fənn proqramlarının qrif alınması üçün məsələlər səsə qoyularaq qəbul edildi.

Kollecində “Regionda turizm imkanları” mövzusunda keçirilən xüsusi dərs də maraqla qarşılandı . Xüsusi dərsdə Turizm və otelçilik üzrə fənn müəllimi regionun turizm potensialından, bu sahədə mövcud imkanlardan, karyera perspektivləri və sahibkarlıq təşəbbüslərindən, gənclərin regionda turizm sahəsində karyera imkanlarından bəhs etdi, həm də tələbələri maraqlandıran sualları cavablandırdı.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
31
sesqazeti.az

1Источники