RU

Şəkinin tarixi hissəsində yaşayanlar uçota alınır

Şəkinin tarixi hissəsində əhalinin uçotu aparılır.

AzNews.az Report-a istinadla xəbər verir ki, bunu Şəkinin Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin direktoru Gülnarə Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə deyib.

"Şəki şəhərinin tarixi hissəsində yaşayan əhalinin sosial-iqtisadi və demoqrafik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə qapı-qapı sorğu əsasında uçot işlərinə başlanılıb. Proses cari ilin aprel ayından etibarən "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində həyata keçirilir. Uçot işləri qoruq ərazisində yaşayan sakinlərin real ehtiyaclarının və sosial mühitinin daha yaxşı öyrənilməsinə imkan yaradacaq", - deyə o qeyd edib.

Bundan başqa, direktor deyib ki, Şəkidə "İcma Mərkəzi" yaradılması planlaşdırılır:

Избранный
15
2
aznews.az

3Источники