RU

​"Fənərbaxça" 50 milyon avroya qapıçı alır

Türkiyənin "Fənərbaxça" klubu yeni futbolçu ilə heyətini gücləndirməyə hazırlaşır. Metbuat.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Fransa nəhəngi PSJ-nin 24 yaşlı qapıçısı Lukas Şevalyenin İstanbul klubuna keçməyə razılıq verdiyi iddia olunur. Xarici mətbuat "Fənərbaxça"nın fransız ulduzu Kantenin tərəflər arasında vasitəçi olduğunu yazıb. Transferin iyun ayının sonuna kimi reallaşması gözlənilir.

Qeyd edək ki, PSJ-də uğurlu mövsüm keçirən Lukas Şevalyenin bazar dəyəri 50 milyon avrodur.

Избранный
38
9
metbuat.az

10Источники