RU

Panamalı nazir: Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı üzrə yanaşmalar illər ərzində dəyişib

Bakı, 22 may, AZƏRTAC

Latın Amerikasında qeyri-rəsmi yaşayış məntəqələrinin inkişafı üzrə yanaşmalar illər ərzində dəyişib.

AZƏRTAC xəbər verir ki, bunu Panamanın mənzil və ərazi planlaşdırılması naziri Xayme Antonio Xovane Kastilyo WUF13 çərçivəsində keçirilən “Mənzil və təhsil: memarlıq kurikulumlarında yaşayış mühitinin rolu” sessiyasında deyib.

O qeyd edib ki, əvvəllər bu ərazilər daha çox təhlükəsizlik problemi kimi qiymətləndirilsə də, sonradan sosial inklüzivlik və şəhər inkişafı siyasətlərinin bir hissəsinə çevrilib.

Panamalı nazirin sözlərinə görə, bir sıra ölkələrdə infrastrukturun yenilənməsi ilə yanaşı, məşğulluq, sosial rifah və icma dəstəyi istiqamətində proqramlar həyata keçirilir.

Xayme Antonio Xovane Kastilyo vurğulayıb ki, müasir yanaşmalar artıq yalnız şəhərləşməyə deyil, insanların həyat keyfiyyətinin və sosial inteqrasiyasının gücləndirilməsinə yönəlib.

Избранный
17
1
azertag.az

2Источники