RU

Türkiyə superliqasında çıxış edən futbolçu Azərbaycandan dəvət gözləyir özü açıqladı!

ain.az bildirir, Footbal-plus portalına istinadən.

Türkiyənin superliqa təmsilçisi “Eyüpspor”da çıxış edən Taşkın İltər millimizdən dəvət gözləyir.Bu barədə “Football-plus.az”a futbolçu özü məlumat verib. 31 yaşlı yarımmüdafiəçinin açıqlaması:

“Azərbaycan millisində çıxış etməyə aşağı yaş kateqoriyalarında başladım. U-19 və U-21 yığmalarında forma geyəndən sonra əsas yığmaya dəvət edildim. Bu komandada üç oyunda heyətdə yer aldım. O vaxt baş məşqçi Berti Foqts idi. Onun millidən ayrılmasından sonra kollektivlə əlaqələrim kəsildi. Uzun müddət gözləsəm də, dəvət edilmədim. 2-3 il əvvəl eşitdim ki, Azərbaycanda məni izləyirlər. Hazırda superliqada forma geyirəm. Açığı, bu mövsüm də xəbər gözləyirdim. Ancaq çağırmadılar”.

Xatırladaq ki, İltər 2013-cü ildə Azərbaycan yığmasında debüt edib. O, cari “futbol ili”ndə superliqada 22 matçda forma geyib.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
icma.az

2Источники