Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzləri tərəfindən bu ilin yanvar-aprel aylarında 14 min 400 uşağa reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan əlilliyi olan 725 uşaq stasionar, 8300 uşaq ambulator, digərləri icma əsaslı, onlayn, səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Həmin kateqoriyaya aid uşaqlar nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.