RU

“Dayanıqlı icmalar üçün dövlət torpaqları həlledici rol oynayır” Linkoln İnstitutunun nümayəndəsi

Redaktor.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Bu panel çox vacib bir mövzuya — inkişaf edən və dayanıqlı icmaların formalaşmasını dəstəkləmək üçün dövlət torpaqlarının roluna həsr olunub. Mən də Linkoln İnstitutunda gördüyümüz işlərin prizmasından bir daha vurğulamaq istəyirəm”.

Redaktor.az xəbər verir ki, bunu WUF13 çərçivəsində “Şəhərin inkişafı üçün torpaq əsaslı strategiya kimi dövlət əmlakının idarə edilməsi” adlı sessiyada Linkoln Torpaq Siyasəti İnstitutunda (Lincoln Institute of Land Policy) Baş Proqram Məsulu vəzifəsində çalışan Enrique R.Silva bildirdi.

“Biz uzun illərdir inanırıq ki, cəmiyyətin qarşısında duran ən mühüm problemlərin bir çoxu — mənzil əlçatanlığı, qeyri-rəsmi yaşayış məntəqələrinin yaxşılaşdırılması, iqlim dayanıqlılığı, ətraf mühitin qorunması və iqtisadi imkanların yaradılması — əslində torpaq məsələləridir”.

Onun sözlərinə görə, dünyada dövlətə məxsus böyük həcmdə torpaq sahələri ya yetərincə istifadə olunmur, ya ictimai prioritetlərdən kənarda qalır, ya da strateji resurs kimi deyil, sadəcə inzibati aktiv kimi idarə olunur.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
1
1
redaktor.az

2Источники