RU

Metyu Benn: Yaşıl enerji şəhər inkişafının əsasını təşkil edir

Bakı, 22 may, AZƏRTAC

Yaşıl enerji müasir şəhərlərin inkişafı üçün olduqca vacibdir. Enerji şəhərdə gördüyümüz bütün işlərin əsasını təşkil edir. Nəqliyyatdan tutmuş evlərin enerji təminatına qədər hər şey bununla bağlıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən UN-Habitat-ın nümayəndəsi Metyu Benn deyib.

"Əgər şəhərlərdə iqlim dəyişikliyi ilə mübarizə aparmaq istəyiriksə yaşıl enerji bu prosesin mərkəzində dayanmalıdır. Son illərdə bərpa olunan enerji mənbələrinin payının artması və bu sahədə əldə olunan irəliləyişlər sevindiricidir, çünki şəhərlərin yaşıl keçidi üçün bu həyati əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

Müxbirlər - Kənan Aydın, Gülay Nəzərova
Operator - Şövqi Əzizov
Избранный
28
1
azertag.az

2Источники