RU

“Azərbaycanla danışıqlarda anklavlardan imtina etməmişik, amma...” - Paşinyan

Yazını böyüt
Yazını kiçilt

“Ermənistan Azərbaycanla danışıqlarda anklavlardan imtina etməyib”.

Hafta.az Armenpress-ə istinadən yazır ki, bunu bu gün keçirdiyi brifinqdə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Azərbaycanla sərhədlərin delimitasiyası və anklavlar barədə danışan Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycan Almatı Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü tanıyır. O, bildirib ki, "Almatı Bəyannaməsi iki ölkənin sərhədlərinin delimitasiyası üçün fundamental əsas kimi xidmət edən hüquqi cəhətdən məcburi sənəd var".

Paşinyanın sözlərinə görə, Almatı Bəyannaməsinə əsasən, müstəqil Ermənistan Sovet Ermənistanı ilə, müstəqil Azərbaycan isə Sovet Azərbaycanı ilə eynidir. "Bu gün problemlər var və biz anklav məsələsindən sadə səbəbə görə imtina edə bilmərik: bizim özümüzün bir anklavımız var - Artsvaşen. Kimsə imtina edərsə, bu, cinayət məsuliyyəti üçün əsas olacaq. Heç kim Ermənistanın suveren ərazisindən imtina edə bilməz", - deyə o bildirib.

O, anklav məsələsinin həlli üçün hazırda heç bir razılaşma və ya strategiya olmadığını vurğulayıb. "Bu məsələnin həlli ilə bağlı heç bir razılaşma, konsepsiya, strategiya yoxdur, lakin qaydalar bu məsələyə yanaşmanın da nəzərdən keçirilə biləcəyi halları müəyyən edir", - deyə Paşinyan qeyd edib. Baş nazirin sözlərinə görə, delimitasiya prosesi zamanı yollar, infrastruktur və kommunikasiya ilə bağlı məsələlər də müzakirə ediləcək, mümkün həllər açıq və ictimai olacaq. "Delimitasiya prosesi zamanı hər hansı düzəliş edilərsə, onlar açıq, ictimai və şəffaf olacaq", - deyə o bildirib.

Paşinyan delimitasiya nəticəsində Ermənistan ərazisinin 29743 kvadratkilometr olacağını təsdiqləyib.

Избранный
42
hafta.az

1Источники