RU

WUF13 çərçivəsində qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılmasına dair müzakirələr aparılır

Bakı, 22 may, AZƏRTAC

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) sonuncu günündə qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması mövzusunda müzakirələr aparılır.

AZƏRTAC xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Rəqəmsal və İnkişaf Etməkdə olan Texnologiyalar Ofisinin (UNODET) təşkilatçılığı ilə keçirilən “Qlobal rəqəmsal sazişin şəhər səviyyəsində lokallaşdırılması” mövzusundakı sessiyada BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri və ekspertlər iştirak edirlər.

Qeyd edək ki, UNODET daha yaxşı gələcək üçün qlobal texnologiya əməkdaşlığının inkişafı, milli prioritetlərə və kontekstlərə hörmət edən inklüziv, hüquqlara əsaslanan və çoxtərəfli rəqəmsal əməkdaşlığı inkişaf etdirmək üçün 2025-ci il yanvarın 1-də BMT Baş Assambleyası tərəfindən yaradılıb. Ofis, həmçinin rəqəmsal məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatının sistem miqyasında mərkəz nöqtəsi kimi xidmət edir.

Избранный
39
azertag.az

1Источники