RU

Sumqayıt Apellyasiya Məhkəməsinə yeni hakim təyin olunur

Bilal Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilir.

“Yeni Sabah” xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Deputatlar Məmmədov Bilal Mahir oğlunun Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin olunmasına baxacaqlar. pizza hut

Qeyd edək ki, B.Məmmədov 1999-2003-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsili alıb. 2003-2005-ci illərdə isə magistr təhsilinə yiyələnib.

O, ilkin olaraq, Şəki Ağır Cinayətlər Məhkəməsində fəaliyyətə başlayıb. 2023-cü dekabrında Bakı Hərbi Məhkəməsinə ezam olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Избранный
40
1
yenisabah.az

2Источники