RU

Vəkil: Əgər indi innovativ həlləri tətbiq etməyə başlamasaq, çox çətin bir gələcəklə üz-üzə qalacağıq

Bakı, 22 may, AZƏRTAC

Biz siyasi iradə formalaşdırmalıyıq. Yerli, regional və milli hökumətlər tərəfindən güclü öhdəliklərə ehtiyacımız var. Amma, eyni zamanda, çoxtərəfli təşkilatların, regional qurumların və vətəndaş cəmiyyətinin də bu problemin nə qədər böyük olduğunu anlaması üçün ortaq öhdəlik lazımdır. Bu kiçik bir problem deyil. Regionda milyonlarla insan layiqli mənzildən məhrumdur və bu rəqəm hər gün artır.

AZƏRTAC xəbər verir ki, bunu Latın Amerikasından olan vəkil Ronal Martinez Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa”nın panel sessiyasında çıxış edərkən deyib.

Əgər indi hərəkətə keçməsək, innovativ həlləri tətbiq etməyə başlamasaq, çox çətin bir gələcəklə üz-üzə qalacağıq: “Məhz buna görə bu gün burada toplaşmışıq. Biz öz təcrübələrimizi bölüşmək, sizin təcrübələrinizi dinləmək və birlikdə işləməyin yollarını tapmaq istəyirik ki, Latın Amerikası və Karib hövzəsində yaşayış mühiti və mənzil məsələləri üzrə real bir koalisiya yarada bilək”.

Müxbirlər - Günel Türksoy, Səbinə Əlizadə
Fotoqraf - Tofiq Babayev

 

Избранный
57
1
azertag.az

2Источники