RU

Kəramət Böyükçöl: “İşləyib evə pul gətirməliyəm, qadın da rahat evdə oturub yeməlidir?”

“Xalq yazıçısı Kamal Abdulla deyir ki, qadın evdə oturub uşağa baxsa yaxşı olar. Görünür, Kamal müəllimin maddi imkanı yaxşı olduğu üçün belə düşünür. Necə yəni qadın evdə otursun? Mən səhərdən axşama kimi işləyib evə pul gətirməliyəm, o da rahat evdə oturub yeməlidir?”

 

Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl bildirib.

 

“Bu, nə düşüncədir? Getsin işləsin, əziyyət çəksin, o da evə pul gətirsin də. Həm də işləmək qadını yorur, enerjisi azalır, axşam evə gələn kimi də yıxılıb yatır, evdə sakitlik olur”, - o qeyd edib.

Tarix: 22 May 2026, 11:58   
Избранный
2
1
pravda.az

5Источники