Psixoloq qeyd edib ki, sosial platformalarda bu mövzu tez-tez müzakirə olunur və xüsusilə “insulin direnci” kimi mövzular gündəmə gətirilərkən daha çox çəkili insanların göstərilməsi bəzi şəxslərdə yanlış psixoloji təsəvvürlər yaradır. Onun sözlərinə görə, bu, insanların şüuraltında öz sağlamlığı ilə bağlı narahatlıq və qorxu formalaşmasına səbəb ola bilər. O vurğulayıb ki, bu cür təsirlər nəticəsində insanlar bəzən psixosomatik şəkildə özlərində xəstəliklərin yarana biləcəyi düşüncəsini formalaşdırır və bu da əlavə stress yaradır. Psixoloq əlavə edib ki, digər tərəfdən, gənc qızlar və yeniyetmələr bəzən öz bədən quruluşları və anatomik sağlamlıqları barədə kifayət qədər məlumat olmadan müxtəlif dietoloji məsləhətlərə əməl edirlər. Onun sözlərinə görə, bu cür yanaşma həddindən artıq arıqlama hallarına gətirib çıxara və qidalanma pozuntularının yaranmasına səbəb ola bilər. Onun sözlərinə görə, təcrübədə tez-tez blogerlər və tanınmış modellər arasında da bu kimi hallar müşahidə olunur: həddindən artıq çəki itkisi və ya sürətli arıqlama nəticəsində onlarda müxtəlif sağlamlıq və psixoloji problemlər ortaya çıxıb.