RU

NASCAR əfsanəsi Kayl Buş 42 yaşında vəfat etdi

NASCAR-ın əfsanəvi yarışçısı Kayl Buş vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə NASCAR assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Amerika avtomobil yarışçısı, NASCAR-ın yüksək divizionunun ikiqat çempionu Kayl Buş 42 yaşında dünyasını dəyişib.

Məlumatda idmançının ölüm səbəbi açıqlanmasa da, NASCAR-ın rəsmi bəyanatında onun keçmişdə ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Kayl Buş avtomobil idmanı dünyasında özünəməxsus nailiyyətləri və peşəkarlığı ilə yaddaşlarda qalıb.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
50
interpress.az

1Источники