RU

İçərişəhər, qədim qalalarımız və türbələrimiz tarixlə müasirliyin vəhdətini nümayiş etdirir

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bizim tariximiz qədim və mədəniyyətimiz zəngin olduğu kimi, həm də müasirliyi özündə təcəssüm etdirir. Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda memarlığımızda da öz qədim tariximizi yaşadırıq. Əsrlər boyu qorunub saxlanılan qalalarımız, məscidlərimiz, saraylarımız və digər tarixi abidələrimiz xalqımızın zəngin mədəniyyətinin və qədim dövlətçilik ənənələrinin göstəricisidir.

Bu abidələrin hər daşında keçmişimizin izi, milli kimliyimizin ruhu yaşayır.Bu gün dünyada keçirilən beynəlxalq tədbirlərdə də ölkəmizin tarixi və mədəni irsi xüsusi maraq doğurur. Xüsusilə WUF 13 kimi beynəlxalq platformalar şəhərlərin inkişafı, tarixi irsin qorunması və müasir urbanizasiya məsələlərinin müzakirəsində mühüm rol oynayır. Belə tədbirlər bir daha göstərir ki, qədim tarixə malik olan şəhərlər yalnız keçmişin yadigarı deyil, həm də gələcəyin inkişaf modeli hesab olunur.

Azərbaycanın qədim memarlıq nümunələri də bu baxımdan böyük əhəmiyyət daşıyır. İçərişəhər, qədim qalalarımız və türbələrimiz tarixlə müasirliyin vəhdətini nümayiş etdirir. Biz öz şəhərlərimizi inkişaf etdirərkən milli memarlıq üslubumuzu, tarixi irsimizi və mədəni dəyərlərimizi qorumağa çalışırıq. Çünki tarixi irsini qoruyan xalq öz kimliyini və mənəvi dəyərlərini də qoruyur.

WUF 13 kimi beynəlxalq forumlar göstərir ki, şəhərlərin gələcəyi yalnız yeni binaların tikilməsi ilə deyil, eyni zamanda qədim irsin yaşadılması ilə mümkündür. Azərbaycan da bu istiqamətdə öz zəngin tarixi, memarlıq nümunələri və mədəni irsi ilə dünyaya nümunə göstərən ölkələrdən biridir. Biz qədim tariximizlə, milli-mənəvi dəyərlərimizlə və memarlıq irsimizlə daim qürur duyuruq.

Cahandur Məhərrəmov

YAP Şərur rayon təşkilatının məsləhətçisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
sesqazeti.az

1Источники