RU

Mina partlayışlarının çoxu qəbiristanlıqlarda baş verib -

Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə çoxsaylı tələ qurğusu aşkarlanaraq zərərsizləşdirilib.Metbuat.az-ın məlumatına görə, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov “Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu” adlı sessiyada bildirib. Onun sözlərinə görə, əməliyyatlar zamanı müxtəlif rayonlarda tələ qurğularına rast gəlinib. Bu cür qurğular adətən binaların giriş hissələrində, qapı və pəncərələrin arxasında, eləcə də insanların gündəlik istifadə etdiyi digər məkanlarda gizlədilib.S.Poladov qeyd edib ki, mina partlayışlarının əhəmiyyətli hissəsi qəbiristanlıqlarda baş verib:“Xüsusilə münaqişədən sonra uzun illər doğma yurdlarından uzaq düşmüş insanların yaxınlarının məzarlarını ziyarət etmək üçün həmin ərazilərə qayıtdığı dövrdə çoxsaylı hadisələr qeydə alınıb. Bu partlayışlar nəticəsində mülki şəxslər arasında həlak olan və yaralananlar olub”.

Aynur Abdınova / Metbuat.az

Избранный
20
metbuat.az

1Источники