RU

Tarixi qatar yenidən yola çıxır; detalları açıqlandı FOTO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

140 ildən artıq tarixə malik məşhur “Orient Express” qatarı yenidən fəaliyyətə başlayır. “La Dolce Vita Orient Express” adı ilə təqdim olunan ultra-lüks qatar 22 oktyabr 2026-cı ildən etibarən Roma – İstanbul marşrutu üzrə səfərlərə başlayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev danışıb. Onun sözlərinə görə, marşrut Venesiya, Budapeşt, Braşov və Sinaya şəhərlərindən keçərək İstanbula qədər uzanacaq.

Ekspert bildirib ki, qatarın interyeri 1960-cı illərin italyan estetikasından ilhamlanaraq hazırlanıb. Sərnişinlər üçün təqdim olunacaq menyu isə üç “Michelin” ulduzuna sahib məşhur aşpaz Heinz Beck tərəfindən hazırlanıb.

Bu layihə artıq klassik beynəlxalq sərnişin daşımalarından daha çox premium turizm məhsulu kimi qiymətləndirilir:

“Qiymətlərin adambaşına təxminən 20 min avrodan başlaması göstərir ki, burada əsas məqsəd sadəcə nəqliyyat deyil, lüks turizm təcrübəsi təqdim etməkdir”.

Ekspert hesab edir ki, layihənin ən diqqətçəkən tərəfi Avropada uzun məsafəli beynəlxalq dəmir yolu marşrutlarına marağın yenidən artmasıdır:

“Avropa ölkələri dəmir yolunu yenidən prestij və turizm elementi kimi ön plana çıxarmağa çalışırlar. Bu isə regionda beynəlxalq sərnişin daşımalarının gələcəyi baxımından maraqlı tendensiya hesab oluna bilər”.

Qeyd edək ki, son illərdə Avropada gecə qatarları və uzun məsafəli dəmir yolu marşrutlarına maraq yenidən artmağa başlayıb. Ekspertlər bunu həm turizm, həm də alternativ nəqliyyat strategiyasının bir hissəsi kimi qiymətləndirirlər.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
avtosfer.az

1Источники