RU

"Alimlərin işi təkcə araşdırma aparmaq deyil" - Şəhər siyasəti üzrə professor

Alimlərin əsas işi mövzuları dərindən araşdırmaq, müəyyən sahələrə fokuslanmaq və həmin məsələləri daha yaxşı başa düşməkdir.

Redaktor.az xəbər verir ki, bu sözləri Avstraliyanın RMIT Universitetinin şəhər siyasəti üzrə professoru Jaqo Dodson Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “İnklüziv və ədalətli şəhər keçidlərində gənclərin rolu” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, alimlərin nə etdiyini başa düşmək vacibdir: "Mövzumuz akademiyanın inklüzivlik və ədalətli şəhər inkişafına necə kömək etməsidir. Mən bunu UN-Habitat ilə milli şəhər siyasətləri sahəsində gördüyüm işlərə əsaslanaraq danışacağam. Akademiklərin işi təkcə araşdırma aparmaq deyil. Onlar həm də dövlət siyasəti, özəl sektor və vətəndaş cəmiyyəti kimi sahələrlə işləyərək biliklərini praktikada tətbiq edirlər".

Избранный
7
2
redaktor.az

3Источники