ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Bu gün Premyer Liqaya vəsiqə uğrunda pley-offda iştirak edəcək ikinci komandanın adına aydınlıq gələcək.
I Liqada 50 xalla ikinci sırada qərarlaşan “Səbail” bu gün səfərdə “Mingəçevir”ə uduzmayacağı təqdirdə, elita uğrunda həlledici matça çıxacaq. Bölgə təmsilçisi isə pley-off üçün mütləq qələbə qazanmalıdır.
26 turdan sonra hər iki komandanın aktivində 14 qələbə var. “Səbail” 4, “Mingəçevir” isə 6 oyunda meydanı xalsız tərk edib. “Dənizçilər” 8, bölgə klubu 6 dəfə bərabərə qalıb.
“Mingəçevir” liqada ən çox qol vuran iki komandadan biridir. Bölgə təmsilçisi 6 matçda 51 dəfə fərqlənib. Çempion “Şəfa” da bu sayda qol vurub. “Səbail” isə 45 dəfə rəqib qapılarına yol tapıb.
“Mingəçevir”in hücum xətti effektivdir, amma müdafiə o qədər inam vermir. Komanda 26 turda 26 qol buraxıb. Bu, ortalama hər matça bir qol edir. “Səbail” isə cəmi 17 dəfə qapısında top görüb.
“Səbail”in bombardiri Kamrn Quliyevdir. Hücumçu bu mövsüm 13 qolla yadda qalıb. “Mingəçevir”də isə Kennet Kalunqa 15 qolla komandasının bu göstəricidəki ən yaxış oyunçusudur.
“Səbail” liqada son beş matçda məğlub olmayıb. 4 qələbə qazanan “dənizçilər” 1 dəfə bərabərliyə razı olub. Komanda ötən tur “Şahdağ Qusar”la heç-heçə edib – 0:0. “Mingəçevir” isə son beş görüşdə üç qələbə qazanıb, iki dəfə uduzub. Komanda ötən tura MOİK-ə qalib gəlib – 3:1.
“Səbail” və “Mingəçevir” bu mövsüm iki dəfə üz-üzə gəlib. Bayıl klubu görüşləri qol buraxmadan qazanıb – 1:0, 2:0.
Bu gün baş tutacaq “Mingəçevir” – “Səbail” oyununa 17:00-da start veriləcək.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.