RU

Bu hadisə qorxunc NÜVƏ KABUSUNU başlatdı - Nəsillərlə davam edən xərçəng xəstəliyi...

ABŞ-nin nüvə silahı sınaqları təbii tarazlığın alt-üst olmasına səbəb olacaq səviyyədə təsirlərə yol açıb.

Musavat.com xəbər verir ki, başladılan nüvə silahı sınağı Sakit okeanın ortasında nəhəng krater yaradarkən, göy üzündə də anomal hadisələr görünməyə başlayıb.

1 mart 1954-cü il səhər saat 06:45...

Sakit okeanın mərkəzində yerləşən Bikini Atollunda göy üzü günəşdən min dəfə daha parlaq işıqla yarılıb. ABŞ o vaxta qədər istehsal etdiyi ən güclü termonüvə silahı olan “Castle Bravo”nu işə salıb. Ancaq hesablamalar dəhşətli şəkildə səhv çıxmışdı.

Alimlər bombaya “Karides” ləqəbi vermişdilər; onun kiçik və daşına bilən olması planlaşdırılırdı. Lakin partlayış zamanı ortaya çıxan enerji gözlənilən 5 meqaton əvəzinə tam 15 meqatona çatıb. Bu, Hiroşimanı yerlə-yeksan edən bombadan 1000 dəfə güclü idi.

Partlayış o qədər güclü olub ki, üzərində yerləşdiyi süni ada və nəhəng mərcan qayalarını saniyələr içində buxarlaşdırıb. Milyonlarla ton qum, su və mərcan parçası nüvə alov topu ilə birlikdə göyə sovrulub. Alimlər radioaktiv tozun stratosferdə yayılacağını düşünürdülər, lakin yanılıblar.

“Bu dəhşətli bir fərziyyə idi” deyən tarixçi Alex Wellerstein bildirib ki, partlayış mərcanları qum dənəsi böyüklüyündə ağır hissəciklərə çevirmişdi və bu tozlar atmosferdə yayılmaq əvəzinə sürətlə yaşayış məntəqələrinin üzərinə çökürdü.

Partlayışdan cəmi bir neçə saat sonra, 110 mil uzaqlıqdakı Rongelap Atollu sakinləri qəribə mənzərə ilə oyanıblar. Göy üzündən ağappaq incə toz yağırdı. Ada sakinləri bunun nə olduğunu bilmirdi.

Uşaqlar həmin ağ tozun içində oynayırdılar. Toz içməli suya, yeməklərə və insanların saçlarına qarışdı. Dəridə yanıqlar, saç tökülməsi və nəsillər boyu davam edən xərçəng halları da bu şəkildə başladı.

Bu gün Bikini Atollunda “Karides”in yaratdığı 1,5 kilometrlik nəhəng krater hələ də qalır. “Castle Bravo” yalnız hərbi sınaq deyil, yanlış hesablamaların təbiəti və insan həyatını necə heçə saya biləcəyini göstərən nüvə tarixinin ən qaranlıq səhifələrindən biri kimi yadda qalıb.

Musavat.com

Избранный
61
musavat.com

1Источники